Mingəçevirdə piyadanın ölümünə səbəb olan yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
"Report" xəbər verir ki, noyabrın 27-də saat 08 radələrində Mingəçevir şəhərində Ehsan Abdullayev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 1963-cü il təvəllüdlü Niyar Abdullayevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki,faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Mingəçevir şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, Mingəçevir şəhərində 1963-cü il təvəllüdlü Niyar Mahmud qızı Abdullayevanı avtomobil vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.