Masallıda qazıntı zamanı zədələnmiş yeraltı qaz kəmərində qəza aradan qaldırılıb - YENİLƏNİB

Masallıda qazıntı zamanı zədələnmiş yeraltı qaz kəmərində qəza aradan qaldırılıb - YENİLƏNİB Masallı rayonu ərazisində "Aztelekom" şirkəti tərəfindən kabel çəkilməsi üçün dayaq yerinin qazıntısı zamanı diametri 160 mm-lik yeraltı qaz kəməri zədələnib.
Hadisə
1 Mart , 2024 22:03
Masallıda qazıntı zamanı zədələnmiş yeraltı qaz kəmərində qəza aradan qaldırılıb - YENİLƏNİB

Masallı rayonu ərazisində "Aztelekom" şirkəti tərəfindən kabel çəkilməsi üçün dayaq yerinin qazıntısı zamanı zədələnən diametri 160 mm-lik yeraltı qaz kəmərində qəza aradan qaldırılıb.

"Report"un məlumatına görə, artıq 2 500 abonentin qaz təchizatı bərpa edilib.

Qeyd edək ki, qəza nəticəsində Boradigah, Çayqıraq və Bədəlan kəndləri olmaqla 2 500 abonentin qaz təchizatı saat 12:13-dən dayandırılmışdı.

13:36

Masallı rayonu ərazisində "Aztelekom" şirkəti tərəfindən kabel çəkilməsi üçün dayaq yerinin qazıntısı zamanı diametri 160 mm-lik yeraltı qaz kəməri zədələnib.

"Report"un yerli bürosunun məlumatına görə, nəticədə Boradigah, Çayqıraq və Bədəlan kəndləri olmaqla 2 500 abonentin qaz təchizatı saat 12:13-dən dayandırılıb.

Qəzanın aradan qaldırılması istiqamətində işlər davam edir.

Son xəbərlər

Orphus sistemi