Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşadıqları ünvanları tərk edən aktiv koronavirus xəstələri aşkar edilib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, rayon sakinləri R.Həşimov və R.Həsənova COVID-19 infeksiyası testinin pozitiv nəticəsi səbəbindən ev şəraitində müalicə təyin edilib, onlara yaşayış yerlərini tərk etməmələri tapşırılıb.
Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin karantin rejimi qaydalarını kobud şəkildə pozduğu və yaşayış yerlərini tərk etdikləri müəyyən edilib. Onlar tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.
Faktlarla bağlı araşdırma aparılır.