Lerikdə avtomobil dərəyə aşıb, sürücü ağır yaralanıb

Lerikdə avtomobil dərəyə aşıb, sürücü ağır yaralanıb Lerik rayonunda ağır yol qəzası baş verib.
Hadisə
17 Oktyabr , 2021 19:52
Lerikdə avtomobil dərəyə aşıb, sürücü ağır yaralanıb

Lerik rayonunda ağır yol qəzası baş verib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Lerik rayonu ərazisində baş verib.

Belə ki, rayonun Qələbin kənd sakini, 1984-cü il təvəllüdlü Rafael Məmməd oğlu Məmmədovun idarə etdiyi “Niva” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Nəticədə nəqliyyat vasitəsinin sürücüsü ciddi xəsarət alıb.

Yaralı Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılib. R.Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi