Astarada ağır yol qəzasında xəsarət alanların adları məlum olub - YENİLƏNİB-2 - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB

Astarada ağır yol qəzasında xəsarət alanların adları məlum olub - YENİLƏNİB-2 - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB Video əlavə olunub.
Hadisə
452
2 İyun , 2019 16:45

Video əlavə olunub.


***13:52

Astara rayonunda ağır yol qəzasına düşən bir ailənin üzvlərinin adları məlum olub.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Taxtanakəran kəndi ərazisində qeydə alınıb. Lerik rayonu Kaqoy kənd sakini, 1981-ci il təvəllüdlü Nazim Həzrət oğlu Şahmuradov idarə etdiyi "Niva"markalı avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil dağlıq-meşəlik ərazidə yoldan çıxaraq dərəyə aşıb.

Hadisə zamanı sürücü və bir ailənin dörd üzvü ağır bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin ciddi səyinə baxmayaraq, 2004-cü il təvəllüdlü Aytəkin Əbülfət qızı Səfərovanın həyatını xilas etmək mümkün olmayıb.

Hadisə zamanı xəsarət alan digər sərnişinlərin - 1970-ci il təvəllüdlü Əbülfət Nurməmməd oğlu Səfərovun, onun həyat yoldaşı, 1974-cü il təvəllüdlü Səringül Cəlal qızı Səfərovanın, 2004-cü il təvəllüdlü Aytac Əbülfət qızı Səfərovanın da vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


***10:08

Astara rayonunda ağır yol qəzasına düşən bir ailənin üzvlərinin adları məlum olub.

"Report"un Cənub Mərkəzinin verdiyi məlumata görə, onlar 1970-ci il təvəllüdlü Əbülfət Nurməmməd oğlu Səfərov, 1974-cü il təvəllüdlü Səringül Cəlal qızı Səfərova, 1980-cil təvəllüdlü Nazim Həzrət oğlu Şahmuradov və 2004-cü il təvəllüdlü Səfərov Aytəkin Əbülfət qızıdır. 

Bölgə müxbirimizin verdiyi son məlumata görə, 2004-cü il təvəllüdlü Aytəkin Səfərovanın həyatını xilas etmək olmayıb və dünyasını dəyişib. 


08:30

Astarada ağır yol-nəqliyyat hadisəsi olub.

"Report"un Cənub Mərkəzinin verdiyi məlumata görə, hadisə Kaqoy kəndi ərazisində baş verib.

Belə  ki,"Niva" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 1 ailənin 5 üzvü ağır xəsarət alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətləri ağır olaraq bildirilir.

Son xəbərlər

Orphus sistemi