Lənkəranda dənizdə batan gəncin kimliyi məlum olub, 4 yeniyetmə xilas edilib

Lənkəranda dənizdə batan gəncin kimliyi məlum olub, 4 yeniyetmə xilas edilib Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran şəhəri, Aşağı Nüvədi qəsəbəsində dənizdə (nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.
Hadisə
815
27 Avqust , 2021 22:25
Lənkəranda dənizdə batan gəncin kimliyi məlum olub, 4 yeniyetmə xilas edilib

Lənkəran şəhəri, Aşağı Nüvədi qəsəbəsində dənizdə (nəzarətsiz ərazi) batan şəxsin kimliyi məlum olub.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, bu, Biləsuvar rayon Əsgərabad kənd sakini, 2000-ci il təvəllüdlü Mahir Ramin oğlu Paşayevdir. O, yaxınları ilə birlikdə Lənkərana istirahətə gəlib. Hadisə baş verən zaman onun yanında bir neçə yeniyetmə də olub. Onların sözlərinə görə, Mahir müvazinətini itirib. M.Paşayev xilas olmağa çalışıb. Lakin onun sudan çıxmadığını görüb, kömək istəyiblər. Dəniz sahilində olan sakinlər köməksiz qalan 4 nəfər yeniyetməni xilas ediblər.

Hazırda xilasedicilər və kənd sakinləri M.Paşayevin axtarışlarını davam etdirirlər.

Qeyd edək ki, hadisə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsi ərazisində, nəzarətsiz hissədə baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

19:57

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran şəhəri, Aşağı Nüvədi qəsəbəsində dənizdə (nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə "Report" FHN-ə istinadən xəbər verir.

Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi