Lənkəranda naməlum şəxs tərəfindən döyülən qadın dünyasını dəyişib - YENİLƏNİB

Lənkəranda naməlum şəxs tərəfindən döyülən qadın dünyasını dəyişib - YENİLƏNİB Qadın xəstəxanaya qapalı kəllə-beyin travması diaqnozu ilə gətirilmişdi
Hadisə
13 Yanvar , 2018 22:15
Lənkəranda naməlum şəxs tərəfindən döyülən qadın dünyasını dəyişib - YENİLƏNİB

Lənkəran. 13 yanvar. REPORT.AZ/ Lənkəran rayonunda anası ilə birgə naməlum şəxs tərəfindən döyülən qadın xəstəxanada dünyasını dəyişib.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Liman şəhəri ərazisində baş verib.

O, xəstəxanaya qapalı kəllə-beyin travması diaqnozu ilə daxil olub.

Faktla bağlı hələ ki, saxlanılan yoxdur.


***17:44

Lənkəran. 13 yanvar. REPORT.AZ/ Lənkəran rayonunda qadın və onun qızı döyülüb. 

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Liman şəhəri ərazisində baş verib. 

Orada yaşayan 1949-cu il təvəllüdlü Qarayeva Humay müxtəlif bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bir qədər sonra isə xəstəxanaya bədənində müxtəlif xəsarətlər olan 1972-ci il təvəllüdlü Miriyeva Samirə adlı qadın da gətirilib. S.Miriyevanın Humay Qarayevanın qızı olduğu bildirilib.

İlkin məlumata görə, onları naməlum şəxs döyüb. Ana və qızına qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.  

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi