Lənkəranda ağır yol qəzasında ölən və yaralananların kimliyi məlum olub - YENİLƏNİB

Lənkəranda ağır yol qəzasında ölən və yaralananların kimliyi məlum olub - YENİLƏNİB Lənkəranın Sütəmurdov kəndində avtomobillər toqquşub, ölən və yaralanan var.
Hadisə
19 May , 2023 22:16
Lənkəranda ağır yol qəzasında ölən və yaralananların kimliyi məlum olub - YENİLƏNİB

Lənkəranın Sütəmurdov kəndində baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub.

''Report''un cənub bürosunun məlumatına görə, qəza zamanı ölən şəxs "VAZ-2106”ın sürücüsü, 1986-cı il təvəllüdlü Turabov Nahid Asif oğludur. Avtomobildə sərnişin qismində olan və qəza zamanı yaralanan Lənkəran rayonunun Sütəmurdov kənd sakini, 1984 - cü il təvəllüdlü Hüseynova Ülviyyə Natiq qızıdır.

"Hyundai" markalı maşının sürücüsünün hadisə yerindən yayındığından onunla bağlı hələlik məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.

21:49

Lənkəranın Sütəmurdov kəndində avtomobillər toqquşub, ölən və yaralanan var.

''Report''un cənub bürosunun məlumatına görə, “VAZ-2106” və “Hyundai” markalı avtomobillərin toqquşub.

Qəzadan sonra “VAZ-2106" işıq dirəyinə və ağaca çırpılıb. Hadisə nəticəsində “VAZ-2106”nın sürücüsü hadisə yerində ölüb, avtomobildə olan qadın sərnişin ağır xəsarətlər alıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

Qeyd edək ki, “Hyundai” markalı avtomobilin sürücüsü hadisə yerindən yayınıb. Hazırda onun tapılıb istintaqa cəlb olunması istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi