Lənkəranda baş verən qəzada üç nəfər xəsarət alıb - YENİLƏNİB

Lənkəranda baş verən qəzada üç nəfər xəsarət alıb - YENİLƏNİB Lənkəranda avtomobil beton maneəyə çırpılıb, xəsarət alanlar var.
Hadisə
9 Sentyabr , 2024 15:06
Lənkəranda baş verən qəzada üç nəfər xəsarət alıb - YENİLƏNİB

Lənkəranda baş verən qəzada üç nəfər xəsarət alıb.

"Report"un cənub bürosu xəbər verir ki, hadisə nəticəsində Bakı şəhərində yaşayan 2013-cü il təvəllüdlü H.Cəbizadə, 1968-ci il təvəllüdlü Lətifə Xanağa qızı Cəbiyeva və 1984-cü il təvəllüdlü Nailə Abış qızı Muradova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıblar.

14:21

Lənkəranda avtomobilin beton maneəyə çırpılması nəticəsində sərnişinlər xəsarət alıblar.

'Report"un cənub bürosunun məlumatına görə, hadisə günorta saatlarında Ələt-Astara-İran magistralının Lənkəran rayonu ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü İlqam Xanağa oğlu Cəbiyevin idarə etdiyi "Hundai SantaFe" markalı minik avtomobili idarəetmədən çıxaraq Nəqliyyat vasitəsi yol beton maneəyə çırpılıb.

Nəticədə avtomobildə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi