Kürdəmirdəki yol qəzasında ölənlərin sayı 6-ya çatdı - VİDEO - YENİLƏNİB-3

Kürdəmirdəki yol qəzasında ölənlərin sayı 6-ya çatdı - VİDEO - YENİLƏNİB-3 Kürdəmirdə baş verən qəzada ölənlərin sayı 6-ya çatdı.
Hadisə
4 May , 2020 18:44
Kürdəmirdəki yol qəzasında ölənlərin sayı 6-ya çatdı - VİDEO - YENİLƏNİB-3
Report
0 : 00
0 : 00

Kürdəmirdə baş verən qəzada ölənlərin sayı 6-ya çatdı.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, 2 yaşlı Kürdəmir rayon sakini Piriyev Sabir Ceyhun oğlu və İmişli rayon sakini Hətəmova Arzu İsrail qızı da ölüb.


***15:25

Video əlavə olunub


*** 12:37

Kürdəmirdə baş verən yol qəzasında yaralı olan azyaşlı xəstəxanaya çatdırılıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, "Nissan" markalı avtomobilin azyaşlı sərnişini - 2 yaşlı Piriyev Sabir Ceyhun oğlu xəstəxanada əməliyyat olunur.

Qəzada ümumilikdə 4 nəfər ölüb, 7 nəfər yaralanıb.


***12:00

Kürdəmirdə baş verən yol qəzasında daha bir nəfər də ölüb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.


***11:26

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Sor Sor kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Kərimov Abbas Kərim oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Piriyev Ceyhun Sabir oğlunun idarə etdiyi "Nissan" markalı avtomobillə toqquşub. Nəticədə "Mercedes" markalı avtomobildə olan 3 sərnişin hadisə yerindəcə dünyasını dəyişib. Digər 4 sərnişin isə ağır bədən xəsarətləri alıb.

"Nissan"da olan sərnişinlərdən 4-ü isə ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi