Kürdəmirdə nar bağında baş vermiş yanğın söndürülüb - VİDEO - YENİLƏNİB
- 21 iyul, 2019
- 14:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Kürdəmir rayonunda yerli sakinə məxsus nar bağında baş vermiş yanğın söndürülüb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, nəticədə 40 yaşlı Muradxan kənd sakini Qəribov Laçın Qaybalı oğluna məxsus 1 hektar bağ ərazisi, 50 ədəd nar ağacı və ona yaxın sahədə 5 hektar biçilmiş taxıl sahəsi yanıb.
FHN-in Kürdəmir rayon Dövlət Yanğın Mühafizə İdarəsinin əraziyə cəlb olunmuş texnika və canlı qüvvəsi alovun digər ərazilərə keçməsinin qarşısını alıb.
Fakt araşdırılır.
***16:22
Kürdəmir rayonunda yerli sakinə məxsus nar bağında yanğın olub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Muradxan kəndində Qəribov Laçın Qaybalı oğluna məxsus bağda qeydə alınıb.
Əraziyə FHN-in Kürdəmir rayon Dövlət Yanğından Mühafizə İdarəsinin texnika və canlı qüvvəsi cəlb olunub.