Kürdəmirdə market sahibi cərimələnib
Hadisə
- 18 noyabr, 2021
- 15:01
Kürdəmir Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.
"Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, RPŞ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində fəaliyyət göstərən “Qardaşlar" marketdə işçilərin tibbi maskadan istifadə etmədən müştərilərə xidmət etməsi müəyyən olunub.
Müəyyən edilən qayda pozuntusu ilə bağlı market sahibi Mirzəyev Mirasif İlqar oğlu və işçiləri ilə profilaktiki söhbətlər aparılıb.
Daha sonra market sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən, 200 manat məbləğində cərimə olunub.
Hazırda Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində qanunamüvafiq tədbirlərin görülməsi davam etdirilir.
Son xəbərlər
02:20
İraqdakı müəssisədə ammonyak sızması zamanı iki nəfər ölüb
Digər ölkələr01:55
Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib
Region01:27
"Exit-poll": İsveç müxalifəti parlamentdə yerlərin əksəriyyətini əldə edir - YENİLƏNİB
Digər ölkələr01:10
Tramp İrlandiya viskisinə rüsumların ləğv ediləcəyini açıqlayıb
Digər ölkələr00:40
Fransa insan hüquqlarının müdafiəsi sahəsindəki tənqidə görə ABŞ-dən üzr istəyib
Digər ölkələr00:15
Fars körfəzi ölkələrinin XİN başçılarının Oman görüşü təxirə salınıb
Digər ölkələr23:55
Böyük Britaniya və Aİ sammiti yenidən təxirə salınıb
Digər ölkələr23:45
ABŞ-nin energetika naziri hazırda İranla razılaşmaya ümid etməməyə çağırıb
Digər ölkələr23:30