Rafik Danakari: İki əsrdən sonra Amaras monastırında yenidən ibadət etdiyimiz üçün xoşbəxtik

Din
  • 18 noyabr, 2026
  • 14:02
Rafik Danakari: İki əsrdən sonra Amaras monastırında yenidən ibadət etdiyimiz üçün xoşbəxtik

Udilər iki əsrdən sonra Amaras monastırında yenidən ibadət etdikləri üçün xoşbəxtdirlər.

"Report"un Qarabağ bürosu xəbər verir ki, bunu Alban-Udi Xristian Dini İcması nümayəndələrinin Xocavənddə yerləşən Amaras monastırını ziyarəti çərçivəsində jurnalistlərə açıqlamasında icma sədrinin müavini Rafiq Danakari deyib.

O, sözügedən məbədin təxminən iki əsr müddətində udilərin üzünə bağlı olduğunu vurğulayıb:

"Bu gün bir udi, Qafqaz albanlarının nümayəndələri kimi Amaras monastırına gəlib buranı ziyarət etdik, dini ayinlərimizi yerinə yetirdik, şam yandırıb dualar etdik Buna görə çox xoşbəxtik. Qeyd edim ki, biz az qala iki əsrdir, bu monastıra gələ bilmirdik, burada ibadət edə bilməməyimiz üçün məbədi qapalı saxlayırdılar. Əsas məqsəd isə bizi erməni qriqorian kilsəsinə tabe etmək olub. Amma şükür ki, torpaqlarımız artıq azaddır və biz bu monastıra gəlib ibadət etdik, udi dilində dualar oxuduq, şamlar yandırdıq. Ümumiyyətlə, altıncı ildir ki, azad olunan torpaqlarımıza rahat gəlir, müqədsəs yerləri ziyarət edirik. Azərbaycan torpaqlarında bir daha müharibə olmaması üçün Allaha dua edirik".

44 filmi