Kürdəmirdə istixana yanıb

Hadisə
  • 25 oktyabr, 2021
  • 05:59
Kürdəmirdə istixana yanıb

Kürdəmir rayonunun Mollakənd kəndində ümumi sahəsi 13 ha olan istixananın tavan hissəsinə çəkilmiş sintetik örtük 1 ha sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, istixananın qalan hissəsi yanğından mühafizə olunub.

"Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - nazirlikdən bildirilib.