Kürdəmirdə bir ailənin 4 üzvü qidadan zəhərlənib
Hadisə
- 28 yanvar, 2024
- 17:33
Kürdəmir rayonunda bir ailənin 4 üzvü qidadan zəhərlənib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Xırdapay kəndində qeydə alınıb.
Belə ki, ailə üzvləri konservləşdirilmiş qida istifadə etdikdən sonra özlərini pis hiss etməyə başlayıblar.
Nəticədə bir ailənin 4 üzvü - 1989-cu il təvəllüdlü Cavadova Elnarə İlqar qızı, 2014-cü il təvəllüdlü Cavadova Fatimə Zahid qızı, 1980-ci il təvəllüdlü Cavadov Zahid Durmuş oğlu və 2016-cı il təvəllüdlü Cavadov Yusif Zahid oğlu yaxınlarının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Müayinədən sonra onların zəhərləndiyi məlum olub. Həkimlər ilkin tibbi yardım göstərdikdən sonra onlar ambulator müalicəyə buraxıblar.
Hazırda faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
17:27
TDT çərçivəsində enerji sahəsi üzrə institusional strukturun yaradılması təklif olunub
Energetika17:18
AZAL Astanada regional biznes sammitlərinə qatılıb
İnfrastruktur17:15
İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır
Digər ölkələr17:09
Foto
Pan-Afrika Parlamenti ilə QHPŞ arasında Anlaşma Memorandumu imzalanıb
Xarici siyasət17:07
Özbəkistanlı ekspert: "Azərbaycanla rəqəmsal məlumat mübadiləsi sistemi qurulmalıdır"
Biznes17:04
Foto
Azərbaycanda 7 ayda uyğunluğu qiymətləndirən 70 qurum akkreditasiya edilib
Biznes17:04
İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək
Fərdi16:56
Foto
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
Hadisə16:55