​Rüfət Səfərov Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağrılıb

​Rüfət Səfərov Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağrılıb Onun çağrılması istintaq hərəkətlərinin aparılması ilə bağlıdır
Hadisə
12 Fevral , 2016 13:24
​Rüfət Səfərov Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağrılıb

Bakı. 12 fevral. REPORT.AZ/ Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılan Rüfət Səfərov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılıb.

"Report"un xəbərinə görə, bu barədə R.Səfərov özü məlumat yayıb. O bildirib ki, bugün saat 14:45-də idarəyə gedəcək.

R.Səfərovun vəkili Bəhruz Bayramov isə "Report"a deyib ki, R.Səfərovun idarəyə çağırılması istintaq hərəkətlərinin aparılması ilə bağlıdır.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Rüfət Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.

Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sonra məhkəmə R.Səfərovun ev dustaqlığına buraxılması ilə bağlı iddiasına baxıb və iddia təmin olunub.

Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

Son xəbərlər

Orphus sistemi