Kəlbəcərdə avtoqəzada bir nəfər ölüb, dörd nəfər xəsarət alıb - ADLAR - YENİLƏNİB-2

Kəlbəcərdə avtoqəzada bir nəfər ölüb, dörd nəfər xəsarət alıb - ADLAR - YENİLƏNİB-2 Kəlbəcər rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
3 May , 2024 17:06
Kəlbəcərdə avtoqəzada bir nəfər ölüb, dörd nəfər xəsarət alıb - ADLAR - YENİLƏNİB-2

Kəlbəcər rayonunda bir nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasında zərərçəkənlərin kimliyi müəyyənləşib.

"Report"un Qərb bürosunun məlumatına görə, adları qeyd olunan hərbi qulluqçular qəza nəticəsində xəsarət alıb:

Nəsibov Elvin İxtiyar oğlu,

Vəzirzadə Xəzər Hilal oğlu,

Babayev Mehman Cəfərqulu oğlu,

Novruzov Müslüm Mürsəl oğlu.

16:40

Kəlbəcər rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, qəza nəticəsində xəsarət alan hərbi qulluqçu, 1986-cı il təvəllüdlü Yevlax rayon sakini Əhmədov Fuad Cəlal oğlu yerləşdirildiyi hospitalda vəfat edib.

13:41

Kəlbəcər rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Kəlbəcər rayonu ərazisində "VAZ" markalı avtomobil yük maşını ilə toqquşub.

Qəza nəticəsində 5 nəfər xəsarət alıb.

Bildirilib ki, qəza nəticəsində xəsarət alanlar "VAZ" markalı avtomobilin sürücüsü və sərnişinləridir. Onların vəziyyəti kafi qiymətləndirilir.

Yük maşınının isə Kəlbəcərdə yenidənqurma işlərində iştirak edən şirkətlərdən birinə məxsus olduğu, həmin nəqliyyat vasitəsinin sürücüsünün xəsarət almadığı məlum olub.

Zərərçəkənlərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi