Kəlbəcərdə həlak olanların nəşi yaxınlarına təhvil verilərək yola salınıb - YENİLƏNİB

Kəlbəcərdə həlak olanların nəşi yaxınlarına təhvil verilərək yola salınıb - YENİLƏNİB Kəlbəcərdə minaya düşərək dünyasını dəyişən AzTV-nin operatoru Sirac Abışovun, "AZƏRTAC"ın əməkdaşı Məhərrəm İbrahimovun və Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin nəşi müayinə üçün Gəncə şəhərinə gətirilib.
Hadisə
597
4 İyun , 2021 21:34
Kəlbəcərdə həlak olanların nəşi yaxınlarına təhvil verilərək yola salınıb - YENİLƏNİB

Kəlbəcərdə minaya düşərək dünyasını dəyişən AzTV-nin operatoru Sirac Abışovun, AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun nəşi yaxınlarına təhvil verilərək Bakı şəhərinə, Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin nəşi isə Göygöl rayonuna yola salınıb.

"Report"un Qərb Mərkəzinin məlumata görə, onların nəşi bir qədər əvvəl Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə Şəhər Şöbəsinə təhvil verilib. Media əməkdaşlarının və Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavininin nəşi burada müayinə edilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki nəfər üzvü, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, 4 nəfər isə yaralanıb.

21:22

Kəlbəcərdə minaya düşərək dünyasını dəyişən AzTV-nin operatoru Sirac Abışovun, AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun və Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin nəşi müayinə üçün Gəncə şəhərinə gətirilib.

"Report"un Qərb Mərkəzinin məlumata görə, onların nəşi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə Şəhər Şöbəsinə təhvil verilib.

Media əməkdaşlarının nəşi burada müayinə edildikdən sonra yaxınlarına təhvil verilərək Bakı şəhərinə, Kəlbəcər rayon Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlunun nəşi isə Göygöl rayonuna yola salınacaq.

Qeyd edək ki, bu gün səhər saatlarında Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki nəfər üzvü, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, 4 nəfər isə yaralanıb.

Son xəbərlər

Orphus sistemi