Kəlbəcər sakininin pulunu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Hadisə
  • 11 dekabr, 2021
  • 09:05
Kəlbəcər sakininin pulunu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Göygöl Rayon Polis Şöbəsinə dekabrın 9-da Quşqara kəndi ərazisində 3 nəfərin Kəlbəcər rayon sakini F.Həsənovun 1900 manat pulunu soyğunçuluq yolu ilə talaması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri K.Əliyev, E.Mahmudov və H.Tağızadə müəyyən edilərək saxlanılıblar.