Kamran Əliyev: "7 prokurorluq işçisi ilk dəfə idarə və şöbə rəisi vəzifəsinə təyin olunub"

Kamran Əliyev: "7 prokurorluq işçisi ilk dəfə idarə və şöbə rəisi vəzifəsinə təyin olunub" Avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində məruzə ilə çıxış edən Baş prokuror Kamr
Hadisə
5 Avqust , 2020 14:21
Kamran Əliyev: 7 prokurorluq işçisi ilk dəfə idarə və şöbə rəisi vəzifəsinə təyin olunub
Kamran Əliyev

"Son 3 ay ərzində aparılan islahatların nəticəsi olaraq 45 prokurorluq işçisi rayon (şəhər) və ərazi hərbi prokuroru vəzifəsinə təyin olunub, onlardan 16-sı təkrar, 2-si isə ikinci səlahiyyət müddətinə prokuror vəzifəsinə təyin edilib".

"Report" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində məruzə ilə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, eləcə də Baş Prokurorluğun 18 idarə və şöbəsindən 15-nin rəisləri dəyişilib, onlardan 7 prokurorluq işçisi ilk dəfə olaraq idarə və şöbə rəisi vəzifəsinə təyin olunub. Bununla yanaşı, Baş Prokurorluğun idarə və şöbələrinin rəis müavinləri vəzifələrində də dəyişikliklər aparılaraq 11 prokurorluq işçisi idarə və şöbə rəisinin müavini vəzifəsinə təyin olunub.

Son xəbərlər

Orphus sistemi