Kafedə yeyib-içdikdən sonra tanışını bıçaqlayan şəxsə hökm oxunub

Kafedə yeyib-içdikdən sonra tanışını bıçaqlayan şəxsə hökm oxunub Amid Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
19 İyun , 2017 12:19
Kafedə yeyib-içdikdən sonra tanışını bıçaqlayan şəxsə hökm oxunub

Bakı. 19 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Amid Osmanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il NZS qəsəbəsində baş verib. 1986-cı il təvəllüdlü A.Osmanov tanışı Cəlal İsmayılovla kafedə yeyib-içdikdən sonra aralarında mübahisə düşüb. Mübahisə zəminində o, C.İsmayılovu bıçaqlayıb. 

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Hadisədən sonra A.Osmanov polis əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi