İsmayıllıda 50 yaşlı kişini elektrik cərəyanı vurdu

Hadisə
  • 15 iyul, 2020
  • 20:19
İsmayıllıda 50 yaşlı kişini elektrik cərəyanı vurdu

İsmayıllı rayonunda bədbəxt hadisə baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun İvanovka kəndində qeydə alınıb.

1970-ci il təvəllüdlü Mirzəliyev Nazim Əlixan oğlu elektrik dirəyində işləyərkən onu cərəyan vurub, bu zaman o dirəkdən yıxılaraq bədən xəsarətləri alıb.

Yaralı əvvəlcə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra Bakıda yerləşən xəstəxanaların birinə gətirilib və həkim nəzarətində xəstəxanada müalicə olunur.

Ramin Şahbazov