İcra başçısı, müavini və şöbə müdiri saxlanılıb

İcra başçısı, müavini və şöbə müdiri saxlanılıb Hüquq-mühafizə orqanlarının əməkdaşları Kürdəmir Rayon İcra Hakimiyyətində (RİH) əməliyyat keçirir.
Hadisə
27632
19 Avqust , 2020 14:35
İcra başçısı, müavini və şöbə müdiri saxlanılıb
0 : 00
0 : 00

Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı icra  başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslər saxlanılıblar. 

“Report” xəbər verir ki, onlar rüşvət, dövlət əmlakını mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər.

Qeyd edək ki, əməliyyatı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi keçirib.

13:13

Hüquq-mühafizə orqanlarının əməkdaşları Kürdəmir Rayon İcra Hakimiyyətində (RİH) əməliyyat keçirir.

“Report” xəbər verir ki, hazırda əməliyyat davam edir.

RİH-in azı 5 vəzifəli əməkdaşı saxlanılıb.

Baş Prokurorluqdan "Report"a bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Kürdəmir RİH-nin başçısı Ceyhun Fərrux oğlu Cəfərovdur. O, 2014-cü ildən bu vəzifədə çalışır.

Orphus sistemi