İŞİD sumqayıtlı döyüşçüsünü edam edib - FOTO
Hadisə
- 19 yanvar, 2015
- 06:54
Bakı. 19 yanvar. REPORT.AZ/ İŞİD Azərbaycanın Sumqayıt şəhər sakini olan Sirac Azəri adlı döyüşçüsünü edam edib.
"Report" "Timeturk"ə istinadən xəbər verir ki, son zamanlar İŞİD-in müsəlmanlara qarşı cinayətlərinə qruplaşma daxilində etirazlar baş qaldırıb. Bu cür etirazların qarşısını almaq üçün İŞİD saxta məhkəmələr quraraq, belə yaraqlıları "xarici ölkənin casusu olması" ittihamı ilə edam edir.
Xəbərdə bildirilib ki, Sirac Azəri də bu "ittihamla" öldürülüb.
Məlumata görə, o, əvvəllər Əfqanıstandakı silahlı qruplaşmaların tərkibində döyüşüb.
Xatırladaq ki, ötən həftə İŞİD iki yaraqlısını Rusiya Baş Kəşfiyyat İdarəsinə "casusluq" etməkdə ittiham edərək, edam edib. Onların hər ikisinin Qazaxıstan vətəndaşı olduğu haqda məlumat yayılıb.
Son xəbərlər
02:18
Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasi müzakirələri başlayır
Digər ölkələr01:39
MKİ rəhbəri İrlandiyada Zelenski ilə görüşüb
Digər ölkələr01:06
Rumıniyada COVID-19 pandemiyasında ölən insanların cəsədlərinin olduğu kütləvi məzarlıq aşkarlanıb
Digər ölkələr00:37
"Bloomberg": London husilərlə münaqişədə Ər-Riyadı dəstəkləyə bilər
Digər ölkələr00:15
Ərdoğan Türkiyənin Liviyada sabitliyi dəstəklədiyini bildirib
Region23:51
Foto
Serbiyanın energetika naziri ölkədə yanacaq qıtlığının olmayacağını açıqlayıb
Digər ölkələr23:32
ABŞ, Yaponiya və Cənubi Koreya KXDR-in nüvəsizləşdirilməsinin lehinə çıxış edib
Digər ölkələr23:28
Akif Çağatay Kılıç: Türkiyə güclü regional aktordur
Region23:24