​İrandan gələn iki Azərbaycan vətəndaşında narkotik aşkar edilib

​İrandan gələn iki Azərbaycan vətəndaşında narkotik aşkar edilib Hər iki faktla bağlı araşdırma aparılır
Hadisə
19 Aprel , 2016 11:12
​İrandan gələn iki Azərbaycan vətəndaşında narkotik aşkar edilib

Bakı. 19 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama zamanı onun ayaqqabısının sol tayından 1 ədəd bükümdə, xalis çəkisi 2,143 qram olan narkotik vasitə - tiryək aşkar olunub. Bu barədə “Report”a DGK-nin mətbuat xidmətindən məlumat verilib.

“Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn digər Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama zamanı isə onun daxili orqanından (düz bağırsağından) cəmi 5 ədəd bükümdə narkotik vasitələr aşkar edilib. Həmin vətəndaşdan 1 ədəd bükümdə xalis çəkisi 23,085 qram olan heroin, 1 ədəd bükümdə xalis çəkisi 1,285 qram olan tiryək, 3 ədəd bükümdə ümumi xalis çəkisi 4,9 qram olan həşiş qətranı aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi