Yuxarı

İmişlidə pambıq sahəsində 80 fəhlə zəhərlənib - YENİLƏNİB

İmişlidə pambıq sahəsində 80 fəhlə zəhərlənib - YENİLƏNİB
Onlarla fəhlə İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb

İmişli. 19 iyun. REPORT.AZ/ İmişli rayonunda pambıq tarlalarında zəhərlənənlərin bir qismi Rayon Xəstəxanasının Terapiya, digər qismi də İnfeksion şöbəsinə yerləşdirilib.

“Report”un Aran bürosu xəbər verir ki, ilkin məlumata görə, zəhərlənənlərin sayı 80 nəfərə çatıb.


*** 12:42

İmişli. 19 iyun. REPORT.AZ/ İmişli rayonunda pambıq sahəsində fəhlələr zəhərlənib.

“Report”un Aran bürosu xəbər verir ki, rayondakı pambıq tarlalarında becərmə işləri aparan fəhlələr zəhərlənib. İlkin məlumata görə, zəhərlənən onlarla fəhlə İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda zəhərlənən şəxslərin sayı dəqiqləşdirilir.

Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, hazırda Nazirliyin əməkdaşları hadisə yerinə gedirlər: "Müvafiq araşdırmalardan sonra ictimaiyyətə geniş məlumat veriləcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi