Antalyada COP31-in açılış mərasimi keçirilir
- 09 noyabr, 2026
- 12:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin Antalya şəhərində COP31-in açılış mərasimi keçirilir.
"Report" xəbər verir ki, bu barədə COP31-in Prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum "X" sosial media hesabında paylaşım edib.
Mərasimdə COP30 prezidenti, Braziliyanın xarici işlər nazirinin iqlim, enerji və ətraf mühit məsələləri üzrə müavini Andre Korrea du Laqo COP sədrliyinin simvolik çəkicini COP31-in Prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kuruma təqdim edib.
Xatırladaq ki, COP31-ə Türkiyə sədrlik edir, Avstraliya isə rəsmi iqlim danışıqlarını idarə edən "Danışıqlar Prezidenti" (President of Negotiations) rolunu üzərinə götürüb. BMT iqlim sammitləri tarixində ilk dəfə tətbiq olunan bu ikili idarəetmə modeli COP30 zirvəsi (Braziliya) zamanı iki ölkə arasında əldə edilən diplomatik razılaşma nəticəsində formalaşıb.
Tədbirdə 100 minə yaxın xarici qonağın, 1,5 milyon ziyarətçinin iştirakı gözlənilir. Azərbaycan COP31-də böyük nümayəndə heyəti ilə təmsil olunur, eyni zamanda, ölkənin COP29-dakı təcrübəsi bu beynəlxalq tədbirdə geniş tətbiq edilir.
📡 COP31 Açılış Töreni https://t.co/qbfHdk66eN
— Murat KURUM (@murat_kurum) November 9, 2026