İmişli rayonunda 6 otaqlı ev yanıb - FOTO
Hadisə
- 12 may, 2016
- 03:49
Bakı. 12 may. REPORT.AZ/ İmişli şəhərində yanğın hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Gülsurə Baba qızı Yusifovaya məxsus olan Xaqani küçəsi, ev 38-də qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin İmişli rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Ümumi sahəsi 168 kv. metr olan 1 mərtəbəli 6 otaqlı evin 90 kv. metri içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb. Yanğının ətrafdakı evlərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
00:00
Azərbaycanda Bilik Günüdür
Elm və təhsil00:00
Bakının erməni-bolşevik işğalından azad olunmasından 108 il ötür
Daxili siyasət23:46
SEPAH: Hörmüz boğazında neft tankeri partlayıb
Region23:33
AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir
Digər ölkələr23:16
Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 1 613 şübhəli saxlanılıb
Region22:59
Foto
Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatılıblar
Fərdi22:37
Vens: Vaşinqton husilərlə birbaşa əlaqə saxlayır
Digər ölkələr22:31
Valdas Dambrauskas: "Çempionlar Liqasından sonra növbəti oyuna tam köklənmək asan olmur"
Futbol22:21