Bakıda iki həftə əvvəl avtomobillə vurulan şəxs xəstəxanada ölüb

Hadisə
  • 08 avqust, 2017
  • 08:05
Bakıda iki həftə əvvəl avtomobillə vurulan şəxs xəstəxanada ölüb

Bakı. 8 avqust. REPORT.AZ/ İki həftə əvvəl avtomobillə vurulan piyada xəstəxanada ölüb.

"Report" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, bu il iyulun 26-da Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Elxan Mehtiyev idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolun kənarında dayanan Bakı şəhər sakini İsmayıl Nəcəfovu vurub.

Xəstəxanaya yerləşdirilən İ.Nəcəfov avqustun 7-də orada ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi araşdırma aparır.