Hovuzda istirahət edənlər cərimələndi

Hovuzda istirahət edənlər cərimələndi Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman bir qrup şəxsin bir yerə toplaşaraq hovuzda istirahət etdiyini və karantin qaydalarını pozduqlarını müəyyən ediblər.
Hadisə
9 İyul , 2020 11:44
Hovuzda istirahət edənlər cərimələndi

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman bir qrup şəxsin bir yerə toplaşaraq hovuzda istirahət etdiyini və karantin qaydalarını pozduqlarını müəyyən ediblər.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, həmin şəxslər Polis Şöbəsinə dəvət edilib və barələrində inzibati tənbeh tədbirləri görülüb.

Onların hər biri ilə polis əməkdaşları tərəfindən profilaktik söhbətlər aparılıb, karantin rejim qaydaları izah olunub və ciddi xəbərdarlıq edilib. Qaydaları pozanlar da etdikləri əməldən peşman olduqlarını səmimi olaraq etiraf ediblər.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələnib, 2 nəfər barəsində toplanmış material rayon məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi