Ağdaşda yol qəzası olub, ölən və yaralanan var - YENİLƏNİB

Ağdaşda yol qəzası olub, ölən və yaralanan var - YENİLƏNİB Ağdaş. 15 yanvar. REPORT.AZ/ Ağdaş rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adı məlum olub.
Hadisə
15 Yanvar , 2019 08:50
Ağdaşda yol qəzası olub, ölən və yaralanan var - YENİLƏNİB

Ağdaş. 15 yanvar. REPORT.AZ/ Ağdaş rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adı məlum olub.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Mürsəl kəndi yaxınlığından keçən magistral yolda baş verib.

Belə ki, “Mercedes” markalı minik avtomobili velosipedlə toqquşub. Hadisə nəticəsində 1994-cü il təvəllüdlü velosipedçi Osmanov Məhəmməd Rəşid oğlu yerində ölüb. 1971-ci il təvəllüdlü Abdullayev Elçin Rza oğlu isə ağır vəziyyətdə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


*** 07:34

Ağdaş. 15 yanvar. REPORT.AZ/ Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq eyni istiqamətdə hərəkətdə olan iki velosipedçini vurub. 

Hadisə şahidlərinin verdiyi məlumata görə, onlardan biri hadisə yerində ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb. 

Son xəbərlər

Orphus sistemi