Hacıqabuldakı yol qəzasında səkkiz nəfər xəsarət alıb - SİYAHI, YENİLƏNİB-2
- 21 aprel, 2024
- 10:31
Hacıqabulda baş verən qəzada xəsarət alanların adı məlum olub.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə zamanı dördü uşaq, dördü isə böyük olmaqla 8 nəfərin müxtəlif dərəcəli xəsarətlər alıb:
Kürdəmir rayon sakinləri Teyyublu Gülşən Vəlican qızı (1994-cü il təvəllüdlü), Teyyubov Niyaz Məmmədşah oğlu (1966-cı il təvəllüdlü), Teyyubov Şəfqət Əli oğlu (1970-ci il təvəllüdlü), Teyyubov Niyazi Rais oğlu (2023-cü il təvəllüdlü);
Qobu qəsəbə sakinləri Cəbrayılova Nazilə Ramin qızı (2013-cü il təvəllüdlü), Cəbrayılova Yazgül Niyaz qızı (1994-cü il təvəllüdlü), Cəbrayılov Amin Ramin oğlu (2015-ci il təvəllüdlü), Cəbrayılov Bünyamin Ramin oğlu (2023-cü il təvəllüdlü).
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, yol-nəqliyyat hadisəsi Bakı-Qazax magistral yolunun Hacıqabuldan keçən hissəsində, körpü yaxınlığında qeydə alınıb.
14:17
Hacıqabulda baş verən yol qəzasında xəsarət alanların sayı məlum olub.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə zamanı dördü uşaq, dördü isə böyük olmaqla 8 nəfərin müxtəlif dərəcəli xəsarət aldığı bildirilir.
Xəsarət alanlar Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, yol-nəqliyyat hadisəsi Bakı-Qazax magistral yolunun Hacıqabuldan keçən hissəsində, körpü yaxınlığında qeydə alınıb.
13:29
Hacıqabulda baş vermiş yol qəzasında xəsarət alanlar var.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində, körpü yaxınlığında qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı 3-4 nəfərin yaralandığı bildirilir.
Hadisə yerinə təcili yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.