Hacıqabulda toyda 12 nəfərdən çox adam zəhərlənib

Hacıqabulda toyda 12 nəfərdən çox adam zəhərlənib Hacıqabulda toyda kütləvi zəhərlənmə baş verib
Hadisə
19 İyun , 2022 08:20
Hacıqabulda toyda 12 nəfərdən çox adam zəhərlənib

Hacıqabulda toyda kütləvi zəhərlənmə baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Hacıqabul şəhəri Mikayıl Müşfiq küçəsində qeydə alınıb. Belə ki, həmin ünvanda keçirilən toy mərsimində 12 nəfərdən çox adamın halı qəflətən pisləşib. Bu barədə məlumat daxil olan kimi təcili yardım stansiyasının əməkdaşları hadisə yerində olub. Toyda zəhərlənən bir çox adama hadisə yerindəcə ilkin tibbi yardım göstərilib, bəziləri isə yardımdan imtina ediblər.

Hacıqabul sakinləri, 1962-ci il təvəllüdlü Rüstəmov İlham Həsən oğlu, 1984-cü il təvəllüdlü İbrahimova Gülnaz İsgəndər oğlu, Ağayeva Bəsti Müşfiq qızı və daha 9 nəfər Hacıqabul və Şirvan şəhər xəstəxanalarına çatdırılıb. Xəstəxanada onlara ilkin tibbi yardım göstərildikdən sonra sağlamlıq üçün elə bir ciddi təhlükə olmadığından ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi