Hacıqabulda minik avtomobili “KamAZ”la toqquşub, xəsarət alanlar var

Hacıqabulda minik avtomobili “KamAZ”la toqquşub, xəsarət alanlar var Hacıqabulda xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.
Hadisə
29 May , 2020 08:24
Hacıqabulda minik avtomobili “KamAZ”la toqquşub, xəsarət alanlar var
Foto: "Report"

Hacıqabulda xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un Yuxarı Şurvan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun rayonun Padar-Çöl kəndindən keçən hissəsində qeydə alınıb.

Sürücü, 1986-cı il təvəllüdlü Əzimov Vasif Cümşüd oğlu “Chevrolet” markalı avtomobillə Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil qarşısında hərəkətdə olan “KamAZ” markalı yük maşınına çırpılıb. Hadisə zamanı “Chevrolet”də olan sərnişinlər, Yevlax rayon sakinləri - 34 yaşlı Həsənov İlkin Musa oğlu, 51 yaşlı Babayev Rafael İdris oğlu və Ağcabədi rayon sakini, 46 yaşlı Ağayev İlkin Şahlar oğlu müxtəlif növ bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi