Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində 11-ci sinif şagirdi, 16 yaşlı azərbaycanlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı yeni detallar məlum olub.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, yeniyetməni zorlamaqda günahlandırılan 40 yaşlı kənd sakini ona qarşı irəli sürülən ittihamları rədd edib.
O, qızın ailəsinin ondan 10 min lari pul tələb etdiyini bildirib.
Qızın ailə üzvləri isə zorlama faktının olduğunu qeyd edərək 40 yaşlı kişinin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirlər. Onlar bildiriblər ki, həmin kişinin ailəsi faktın gizlədilməsi müqabilində qızıl təklif edib.
Gürcüstan