Göygöldə minik avtomobili yük maşınına çırpılıb, ölən var

Hadisə
  • 20 iyul, 2022
  • 20:51
Göygöldə minik avtomobili yük maşınına çırpılıb, ölən var

Göygöldə ölümlə nəticələnən avtomobil qəzası olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Çaylı kəndində qeydə alınıb.

"VAZ-21011" markalı avtomobilin idarəetmədən çıxaraq yük maşınına çırpılması nəticəsində minik avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü Bünyad Həsənov ağır xəsarət alaraq hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

44 filmi