Göygöldə mikroavtobus qəzaya uğrayıb, 8 nəfər xəsarət alıb - YENİLƏNİB

Göygöldə mikroavtobus qəzaya uğrayıb, 8 nəfər xəsarət alıb - YENİLƏNİB Göygöl rayonunda sərnişin mikroavtobusunun qəzaya uğraması nəticəsində 8 nəfər xəsarət alıb.
Hadisə
13 İyun , 2019 19:09
Göygöldə mikroavtobus qəzaya uğrayıb, 8 nəfər xəsarət alıb - YENİLƏNİB

Göygöl rayonunda sərnişin mikroavtobusunun qəzaya uğraması nəticəsində 8 nəfər xəsarət alıb.

"Report"un yerli bürosunun məlumatına görə, onlardan ikisi - "Mercedes" markalı mikroavtobusun sürücüsü, Goranboy rayon sakini, 1992-ci il təvəllüdlü Elşad Şükürov və sərnişin, 2014-cü il təvəllüdlü Nоvruz Məmmədov xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri kafidir, digər 6 nəfər isə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

İlkin məlumata görə, mikroavtobusda olanlar Göygöl rayonuna istirahətə gəliblərmiş. 


*** 18:08

Göygöl rayonunda yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb. 

Mikroavtobusun idarəetmədən çıxaraq məktəb binasına çırpılması nəticəsində xeyli sayda sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi