Yuxarı

Göygöldə 17 yaşlı gənc atasını qətlə yetirib - YENİLƏNİB

Göygöldə 17 yaşlı gənc atasını qətlə yetirib - YENİLƏNİB

Göygöl. 16 sentyabr. REPORT.AZ/ Göygöl rayonunda baş vermiş qətlin təfərrüatları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Ramil Quluyev gecə saatlarında həyat yoldaşı ilə mübahisə edib və onu döyüb. Bu zaman R.Quluyevin 17 yaşlı oğlu Eşqin Quluyev atasının başına balta ilə ağır zərbələr endirib. E.Quluyev atasının ona müqavimət göstərdiyini görüb habelə ona bir neçə bıçaq zərbəsi də endirib. R.Quluyev aldığı xəsarətlərdən yerindəcə keçinib.

E.Quluyev polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


***10:57

Göygöl rayonunda qətl hadisəsi törədilib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

Həmin kəndə yaşayan Daşkəsən rayon sakini, 2001-ci il təvəllüdlü Eşqin Ramil oğlu Quluyev ailə münaqişəsi zəminində atası, 1980-ci il təvəllüdlü Ramil İsa oğlu Quluyevi balta və bıçaqla qətlə yetirib.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi