Göyçayda yol qəzası nəticəsində toydan qayıdan bir ailənin 4 üzvü ölüb, 7 yaralı var - FOTO - VİDEO - YENİLƏNİB

Göyçayda yol qəzası nəticəsində toydan qayıdan bir ailənin 4 üzvü ölüb, 7 yaralı var - FOTO - VİDEO - YENİLƏNİB Göyçay. 25 avqust. REPORT.AZ/ Göyçayda yol qəzası zamanı ölən və yaralananların şəxsiyyəti məlum olub.
Hadisə
25 Avqust , 2018 02:36
Göyçayda yol qəzası nəticəsində toydan qayıdan bir ailənin 4 üzvü ölüb, 7 yaralı var - FOTO - VİDEO - YENİLƏNİB

Göyçay. 25 avqust. REPORT.AZ/ Göyçayda yol qəzası zamanı ölən və yaralananların şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, "Mercedes" markalı avtomobillə "VAZ-2106"nın toqquşması nəticəsində ikinci maşının Ənvər adlı sürücüsü və sərnişinlər - Səlimov Ramin Azər oğlu, Səlimova Gülnar Nağı qızı və onların 8 yaşlı övladı Səlimov Azər Ramin oğlu aldıqları xəsarətlərdən ölüblər.

Daha 7 nəfər şəxs, "VAZ"ın digər sərnişinləri - 1963-cü il təvəllüdlü Salmanova Qənimət Yüsif qızı, Salmanov Ülvi Ümid oğlu (2015), Salmanova Həcər Ramin qızı, Salmanova Aygün Ənvər qızı (1993) və "Mercedes" markalı avtomobilin sürücüsü, Abdullayev Akşin, onun sərnişinləri Cahangirov Zahir Qədir oğlu (1989) və Əhmədova Aygün Ənvər qızı (1993) yaralanaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə hər iki avtomobil müxtəlif toy mərasimlərindən qayıdan zaman baş verib. Zərbənin gücündən "VAZ-2106" markalı avtomobil 2 hissəyə bölünüb.

Faktla bağlı araşdırma aparılır.


***00:06

Göyçay. 25 avqust. REPORT.AZ/ Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, Göyçay-Bərgüşad yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində 2 avtomobilin toqquşması nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Hazırda əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi