Goranboy sakini müəmmalı şəkildə ölüb, araşdırma aparılır
Hadisə
- 30 oktyabr, 2023
- 08:49
Xocalı Rayon Polis Şöbəsinə Goranboy rayon Aşağı Ağcakənd qəsəbə sakini, 1965-ci il təvəllüdlü Səməndər Həsənovun qəfildən vəfat etməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, dərhal Xocalı Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, mərhum bir gün əvvəl Goranboy rayon Erkəc kənd sakini Mübariz Həsənov ilə şəxsi münasibətlər zəminində mübahisə edərək dalaşıb.
M.Həsənov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
22:07
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsində struktur dəyişikliyi olub
Futbol21:47
Brent neftinin qiyməti 109 dolları ötüb, WTI 5%-dən çox bahalaşıb
Energetika21:42
Tramp ABŞ Ali Məhkəməsini sərt tənqid edib
Digər ölkələr21:39
Fransa polisləri iş şəraitinə görə etiraz edirlər
Digər ölkələr21:20
Mark-Andre ter Şteqen Almaniya millisinin əsas qapıçısı olacaq
Futbol21:06
İranda "Boeing 737" texniki nasazlıq səbəbindən məcburi eniş edib
Region20:43
İtaliya klubu baş məşqçisi Domeniko Tedesko ilə yollarını ayıra bilər
Futbol20:40
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1400-ə yaxınlaşıb
Digər ölkələr20:31