Goranboyda maşında yanaraq ölənlərin şəxsiyyəti məlum olub - VİDEO - YENİLƏNİB-2
- 22 mart, 2019
- 22:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Goranboy rayonunda avtomobildə yanaraq ölənlərin şəxsiyyəti məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, bunlar Gəncə şəhər Yeni Gəncə qəsəbə sakini, 1995-ci il təvəllüdlü Məmmədov Vüsal Cümşüd oğlu və Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Əmiraslanova Zəminə Vaqif qızıdır.
Hər iki meyit ailəsinə təhvil verilib.
Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
***16:41
Video əlavə olunub
*** 01:41
Goranboyda yanğınla və ölümlə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb.
"Ford" markalı 20-CH-879 dövlət nömrə nişanlı avtomobilin 1978-ci il təvəllüdlü Nemət Süleyman oğlu Məmmədovun idarə etdiyi, 09-BL-987 dövlət nömrə nişanlı "Mercedes" markalı yük maşınına çırpılması nəticəsində minik avtomobilində yanğın baş verib. Nəticədə şəxsiyyətləri hələlik məlum olmayan 2 nəfər hadisə yerində yanaraq ölüblər.
Hazırda ölənlərin şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, daha əvvəl də rayonun Borsunlu kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.