Gömrük bəyan olunmayan məhsulların ölkəyə keçirilməsinin qarşısını alıb

Gömrük bəyan olunmayan məhsulların ölkəyə keçirilməsinin qarşısını alıb Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları avtomobil ehtiyat hissələrinin və telefon aksesuarlarının ölkənin gömrük sərhəddindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
Hadisə
19 Avqust , 2020 11:55
Gömrük bəyan olunmayan məhsulların ölkəyə keçirilməsinin qarşısını alıb
Dövlət Gömrük Komitəsi
0 : 00
0 : 00

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları avtomobil ehtiyat hissələrinin və telefon aksesuarlarının ölkənin gömrük sərhəddindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.

Məlumata görə, Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında ölkəmizdən beynəlxalq tranzit yolu ilə göndərilən, "Qara metallardan metal konstruksiyalar və onların hissələri" və "Qara metallardan qolf meydançaları üçün hissələr" kimi bəyan olunan yüklərə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Karqo Terminalında gömrük baxışı keçirilib.

Yoxlama zamanı yüklərin içərisində gömrük nəzarətinə bəyan edilməyən 47 adda avtomobil ehtiyat hissələri və 2 400 ədəd telefon aksesuarları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi