General: "Su kəmərində baş vermiş qəza yerinə 10-dan artıq texnika və 14-ə yaxın nasos gətirilib"
- 15 oktyabr, 2022
- 08:23
Yeniliklərdən dərhal xəbərdar olun!
"Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza nəticəsində yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 10-dan artıq texnikası və 14-ə yaxın nasos gətirilib"
"Report" xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi general-mayor Füzuli Əsədov deyib.
O bildirib ki, hazırda hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki Müdafiə qoşunlarının şəxsi heyəti cəlb olunub:
"İlk əvvəl məqsədimiz magistral yolun tam açılmasına nail olmaqdır. Bununla bağlı görülən tədbirlər nəticəsində artıq yolda hərəkət qismən təmin olunub".