Gəncədə piyadanın ölümü ilə bağlı cinayət işi açılıb - VİDEO - YENİLƏNİB
- 28 fevral, 2019
- 16:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Video əlavə olunub
*** 19:54
Gəncə. 28 fevral. REPORT.AZ/ Gəncə şəhərində piyadanın ölümü ilə bağlı cinayət işi açılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü Uday Məmmədov idarə etdiyi Niva markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən 1970-ci il təvəllüdlü Sara Habil qızı Süleymanovanı vurub. Nəticədə piyada müxtəlif dərəcəli ağır xəsarətlər alıb. Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (nəqliyyatda ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.