Gəncədə ehtiyatsızlıqdan ayağı qatarın altında qalmış şəxs vəfat edib - YENİLƏNİB

Gəncədə ehtiyatsızlıqdan ayağı qatarın altında qalmış şəxs vəfat edib - YENİLƏNİB Hüseyn Hüseynov qarşıdan qatarın gəldiyini görsə də, qarşı tərəfə keçmək istəyib
Hadisə
219
3 Mart , 2017 23:35
Gəncədə ehtiyatsızlıqdan ayağı qatarın altında qalmış şəxs vəfat edib - YENİLƏNİB

Gəncə. 3 mart. REPORT.AZ/ Gəncədə dəmiryol relsinin üzərindən qarşı tərəfə keçmək istəyərkən sağ ayağı qatarın altında qalmış şəxs yerləşdirildiyi Gəncə Şəhər Abbas Səhət adına 1 Saylı Xəstəxanada dünyasını dəyişib.

"Report"un Qərb bürosu xəbər verir ki, 1940-cı il təvəllüdlü Hüseyn Müstəcəb oğlu Hüseynovun ayağı bir neçə saat əvvəl Gəncəçay Stansiyasının yaxınlığında, qorunmayan keçiddə teplovozun altında qalmışdı.  

***21:09

Gəncədə dəmiryol relsinin üzərindən qarşı tərəfə keçmək istəyən piyadanın ayağı ehtiyatsızlıqdan qatarın altında qalıb.

Dəmir Yolu Nəqliyyatında Gəncə Stansiyası Xətt Polis Şöbəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, hadisə Gəncəçay Stansiyasının yaxınlığında, qorunmayan keçiddə baş verib. 

Belə ki, 1940-cı il təvəllüdlü Hüseyn Müstəcəb oğlu Hüseynov dəmir yolunu keçmək istəyən zaman yıxılıb və hərəkətdə olan teplovoz onun sağ ayağının üzərindən keçib. Xəstəxanaya yerləşdirilən yaralının sağ ayağı amputasiya edilib. 

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi