Gəncədə piyadanı avtomobil vurub, vəziyyəti ağırdır - FOTO

Hadisə
  • 24 dekabr, 2023
  • 19:25
Gəncədə piyadanı avtomobil vurub, vəziyyəti ağırdır - FOTO

Gəncə şəhərində piyadanın ağır xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarının birinin yaxınlığında qeydə alınıb.

Avtomobil 1975-ci il təvəllüdlü A.Nəzərovanı vurub.

O, müxtəlif bədən xəsarətləri ilə öncə Gəncə şəhər Zülfüqar Məmmədov adına 3 nömrəli xəstəxanaya aparılıb.

Lakin vəziyyət ağır olduğu üçün Gəncə şəhərində fəaliyyət göstərən özəl xəstəxanaların birinə göndərilib.

Yaralının vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.