Gəncədə oğurluq edən şəxs saxlanılıb

Gəncədə oğurluq edən şəxs saxlanılıb Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində dələlduzluq və oğurluq hadisələri törədən şəxs saxlanılıb.
Hadisə
6 Dekabr , 2021 10:20
Gəncədə oğurluq edən şəxs saxlanılıb
Sərxan Məhərrəmov

Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində dələduzluq və oğurluq hadisələri törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Sərxan Məhərrəmov cari ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus evdən su mühərrikini oğurlaması məlum olub.

Şübhəli şəxs maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Dindirilən şəxs ifadəsində törətdiyi cinayət hadisələrini etiraf edib.

Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi