Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyətt qurumlarla birgə tədbirləri davam etdirilir.
Gəncə şəhər sakini A.Səmədovun Kəpəz rayonu Gülçülük yaşayış massivində yerləşən heyvandarlıq təsərrüfatına baxış zamanı oradan çirklənmiş, istifadəyə tam yararsız vəziyyətdə olan 294 kiloqram çəkidə inək əti aşkar edilərək götürülüb.
Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.
Araşdırmalar aparılır.