Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Hadisə
  • 04 yanvar, 2022
  • 07:10
Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxs xəstəxanada ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, ötən gün 1976-cı il təvəllüdlü Vüsal Mütəlib oğlu Hacıyevi avtomobil vurub.

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.