İyunun 10-da, saat 15 radələrində bir nəfərin odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Gəncə şəhər prokurorluğuna məlumat daxil olub.
"Report" Gəncə şəhər prokurorluğunun məlumatına istinadən bildirir ki, araşdırmalarla 1994-cü il təvəllüdlü Zahid Sarıyevin aralarında yaranmış mübahisə zamanı şəhər avtovağzalının qarşısında iş yoldaşı 1998-ci il təvəllüdlü Mehrac Əsədova odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Zahid Sarıyev şübhəli şəxs qismində tutulub.
Gəncədə “VAZ-2106” markalı minik avtomobilinin sürücüsünün güllələnməsi nəticəsində maşın aşıb.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında şəhərin çıxışında qeydə alınıb.
Gəncə şəhərində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ" markalı avtomobilin aşması nəticəsində 1991-ci il təvəllüdlü Mehrac Əsədov dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.